Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix-diyarşünaslıq muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

17.01.2024

17.01.2024-cü il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin və Quba -Xaçmaz Regional Gənclər idarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq hüzn gününə həsr olunmuş "Azadlığa gedən yol" adlı tədbir keçirilib. Faciə qurbanlarının, vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxışlarda qeyd olunub ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Azərbaycan xalqının 1989-cu ilin payızında başlayan azadlıq hərəkatını yatırtmaq məqsədi ilə, gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi dinc əhaliyə qarşı dəhşətli cinayət işlədib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıqla Bakını zəbt edib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olub.

20 Yanvar faciəsinə ilk hüquqi qiymət isə məhz Ulu öndər Heydər Əliyev tərəfindən verilib.

Çıxışlarda qeyd eyd olunub ki, vətən uğrunda tökülən qan yerdə qalmadı. Ali baş komandanın rəhbərliyi altında müzəffər ordumuz düşmən üzərində böyük qələbə çaldı. Torpaqlarımız düşmən tapdağından xilas oldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Tədbirdə Xaçmaz şəhər 1,5,7,9,4 nömrəli məktəblərin şagirdlərinin ifasında faciə qurbanlarına, vətənə həsr olunmuş şerlər səslənib. Mövzu ilə bağlı videoçarxlar nümayiş olunub.

Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər idarəsinin, Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələrinə dəstək İctimai birliyinin, müharibə iştirakçıları iştirak ediblər.