Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”20 yanvar-Qan yaddaşımız şahidlərin xatirələrində”adlı tədbir keçirilib

20.01.2024

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində 20 yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar "20 yanvar-Qan yaddaşımız şahidlərin xatirələrində"adlı tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider H.Əliyevin və respublikamızın ərazi bütövlüyü,suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə görkəmli yazıçı-publisist, "Şəhidlər"kitabının müəllifi,əməkdar jurnalist Rafiq Səməndərlə video-görüntülü əlaqə yaradılıb.R.Səməndər sovet imperiyası qoşunlarının Bakıda törətdiyi qırğınlardan,şahidi olduğu dəhşətli səhnələrdən, xalqımızın zaman-zaman şəhid verərək nəhayət tarixi Zəfər qazanmasından danışıb. Tədbirdə şəhid ailələrinin üzvləri, 20 yanvar şahidləri,ziyalılar çıxış edib. Tanınmış jurnalist Aytəkin Alxaslı şəhidlərlərin keçdiyi müqəddəs yol,əldə edilən şanlı Zəfərlə bağlı qələmə aldığı jurnalist araşdırmasından söz açıb. Tədbir yerli incəsənət ustalarının ifasında ədəbi-bədii proqram,eləcə də 20 yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə davam etdirilib.