Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

20.01.2024

İlk öncə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Qusar rayon Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşları 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Qusar Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra Qusar rayon Mədəniyyət Mərkəzinin tamaşa zalında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Qan yaddaşımız -20 Yanvar faciəsi" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirdə mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəb şagirdləri 20 Yanvar faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.