Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.

20.01.2024

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şabran Tarix-diyarşünaslıq muzeyində “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbirdə çıxış edənlər qeyd edib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir .

Tədbir Şabran rayon Aygünlü kənd tam orta məktəbin müəllim və şagird kollektivinin hazırladığı kompozisiya nümayiş etdirilib və "20 Yanvar - 34 il" adlı sərgiyə baxış keçirilib.