20.01.2024
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mədəniyyət Mərkəzində 1990-cı il 20 yanvar faciəsinin 34-cü il dönümünə həsr edilmiş “Şəhidlər and yerimizdir” adlı dəyirmi masa keçrilib. Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, mədəniyyət işçiləri, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə 20 yanvar faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib. Dəyirmi masada çıxış edənlər bildirdilər ki, Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 yanvar hadisələri, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcaüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyi və ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərmizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğu günüdür.