Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dövlət Sirkinin “Arlekin” səyyar sirk qrupu növbəti dəfə Quba tamaşaçıları qarşısında maraqlı proqramla çıxış etmişdir.

31.01.2024

30 yanvar 2024-cü il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Bakı Dövlət Sirkinin “Arlekin” səyyar sirk qrupu növbəti dəfə Quba tamaşaçıları qarşısında maraqlı proqramla çıxış etmişdir. Tamaşada Şəhid ailələrinin və qazilərin övladları, rayon sakinləri, gənclər və məktəblilər iştirak etmişdir. Şən klounların, sehrbazların, jonqulyorların, eləcə də müxtəlif heyvanların rəngarəng çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.