Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31.01.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Heydər Əliyev Mərkəzində 2 fevral-Gənclər Gününə həsr olunmuş ”Gəncliyin səsi” adlı tədbir keçirilib.

31.01.2024

Tədbirdə rayon mədəniyyət müəssisələrinin əməkdaşları, fəal gənclər və Vətən müharibəsi qaziləri iştirak ediblər. Tədbir öncəsi iştirakçılar dərnək üzvlərinin rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra ölkəmizdə gənclər siyasətinin əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz bərpası uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qusar rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Lalə Kərimova, Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. Daha sonra çıxış edən natiqlər gənclərə göstərilən dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilən gənclər siyasətinin mahiyyəti, gənclərin vətənpərvərlik tərbiyəsinə, təhsilinə və sağlamlığına göstərilən diqqətdən söhbət açıblar.

Tədbir rayon Mədəniyyət Mərkəzinin gənc ifaçılarının hazırladığı rəngarəng musiqi proqramı ilə davam etdirilib. Sonda MİHİ Qusar rayon Komitəsi tərəfindən bir qrup gənc mədəni-kütləvi tədbirlərdə fəallığına görə və 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə Fəxri Fərmanlarla təltif olunublar.