Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 Fevral – Azərbaycan Gənclər Günü münasibəti ilə “İstedadlı gəncliyimiz” adlı sərgi keçirilib.

01.02.2024

1 fevral 2024-cü il tarixdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Siyəzən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gənclər Günü münasibəti ilə “İstedadlı gəncliyimiz” adlı sərgi keçirilib. Mərkəzin sərgi salonunda təşkil olunan sərgidə yaradıcı və fiziki məhdudiyyətli gənclərin təsviri sənət və əl işlərindən ibarət əsərlər nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər əlamətdar günün əhəmiyyətindən danışaraq iştirakçıları təbrik edib və yaradıcılıq nailiyyətləri arzulayıblar.

Sərginin təşkili Azərbaycan Gənclər Gününün qeyd olunması, yaradıcı gənclərə dəstəyin göstərilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması, istedadlı gənclərin cəmiyyətə tanıdılması, həmçinin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə yaradıcı fəaliyyətə görə fərqlənən gənclər diplomlarla təltif ediliblər.