Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

01.02.2024-cü il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində 2 Fevral ”Gənclər Günü” münasibəti ilə tədbir keçirilib.

01.02.2024

01.02.2024-cü il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində 2 Fevral "Gənclər Günü" münasibəti ilə tədbir keçirilib.

Tədbirdə şəhid ailələrinin yaxınları, Quba rayonu üzrə şəhid ailələrinə və qazilərə "Qayğı" cəmiyyətinin sədri Zaur Oğuz , bir qrup qazilər, ADPU-nin Quba filialının müəllim və tələbələri, Quba şəhər Fizika Riyaziyyat Təmayülli İnformatika Liseyinin müəllim və şagirdləri, Quba-Xaçmaz Regional İdman İdarəsinin əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbir Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirələrinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. 2 fevral "Gənclər Günü"nə həsr olunmuş video -çarx nümayiş olunduqdan sonra məruzə dinlənilib.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi dəstək və qayğının onun davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən həyata

keçirilməsindən, 30 il işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda həlak

olmuş şəhidlərimizin, öz sağlamlıqlarını vətən uğrunda fəda edən qazilərimizin

qəhrəmanlıq və vətənpərvərliklərindən, gənc idmançılarımızın dünya arenasında

Azərbaycan bayrağını daim yüksəklərə qaldırmalarından və dövlətimizin onlara qayğısından bəhs ediblər.

Sonda tədbirdə iştirak edən şəhid ailələrinin gənc üzvlərinə, qazilərimizə və digər

gənclərə muzeyin rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr verilib