Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaşıl Dünya naminə Həmrəylik İli” çərivəsində məktəblilər üçün debat təlimi keçirilib.

13.02.2024

12 fevral 2024-cü il tarixdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun və Siyəzən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl Dünya naminə Həmrəylik İli” çərivəsində məktəblilər üçün debat təlimi keçirilib.

Təlim yeniyetmə və gənclərə ekoloji tərbiyənin aşılanması, ekoloji maarifləndirmə vastəsilə diqqətin ətraf mühitin qorunmasına yönəldilməsi, debat mədəniyyətinin yeniyetmə və gənclər arasında təbliğ edilməsi, onların ünsiyyət, özünütəqdimetmə, tədqiqat aparma, və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi, həmçinin debat sahəsindəki biliklərinin artırılması məqsədi daşıyıb.

Tədbirin açılış mərasimində təlimin önəmi, nitqdə debatın rolu, debatın prinsipləri və əhəmiyyəti haqqında danışılıb.

Təlim zamanı iştirakçılara "Karl-Popper Debat Formatı", "Debat fəlsəfəsi və metodologiyası", "Debatda hakimlik", "Debatda çarpaz suallar", "Debatın vəzifələri", “Debatda mövzular”, "Debatda toqquşma nöqtələri" və digər mövzular haqqında iştirakçılara ətraflı məlumat verilib.

Təlimdə rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Sonda təlim iştirakçılara sertifikatlar təqdim olunub.