Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

23.02.2024

23.02.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzinin tamaşa zalında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş "XX əsrin faciəsi-Xocalı soyqırımı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Tədbirdə şəhid ailələri, Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşları iştirak ediblər. Aparıcının giriş sözü ilə çıxışından sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirin bədii hissəsində məktəblilər Xocalı soyqırımına, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər. Tədbirin sonunda Xocalıya həsr olunmuş videoçarxlar nümayiş etdirilib