Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Döyüş Şöhrəti muzeyi filialının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib.

23.02.2024

Xaçmaz Tarix-diyarşünaslıq muzeyinin Xalça muzeyi və Döyüş Şöhrəti muzey filiallarınin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Xocalıya qayıdış" adlı tədbir keçirilib.

Tədbirdə Xocalının erməni qəsbkarları tərəfindən işğalı, dinc əhalinin amansızcasına qətlə yetirilməsi, dünya ictimaiyyəti və beynəlxalq təşkilatların bu faciəyə verdiyi hüquqi qiymət, cinayətkarların öz layiqli cəzalarını alması barədə çıxışlar səslənib. Qeyd olunub ki, artıq Ali baş komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və müzəffər ordumuz tərəfindən faciə qurbanlarının qisası alınıb. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bugün Xocalı torpağında da üçrəngli bayrağımız dalğalanır.

Tədbirdə Xaçmaz şəhər M. Babayev adına adına 1 nömrəli orta məktəbin 3-cü sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, şeirlər səslənib. Sonda Xocalı faciəsinə həsr olunmuş, məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib