Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran Tarix Diyarşünaslıq Muzeyində “Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı” adlı tədbir keçirilib.

23.02.2024

23.02.2024-cü il tarixində Şabran Tarix Diyarşünaslıq Muzeyində 26 fevral Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edənlər qeyd etmişdilər ki, Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Elə Xocalı müsibəti kimi!

Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.

Tədbir Şabran rayon Çölquşçu kənd tam orta məktəbin müəllim və şagird kollektivinin hazırladığı kompozisiyanın nümayişi, "Qan içində qar çiçəyi" adlı sərgiyə baxış ilə sona çatıb