Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

24.02.2024

Siyəzən rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma!" adlı açıq dərs keçirilib.

Tədbirdə Siyəzən şəhər 5 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Açıq dərsdə Xocalı Soyqrımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin bir parçası olub. Şagirdlər Xocalı Soyqrımı haqqında, Azərbaycanın Milli Qəhrəmanları, Xocalı soyqırımı şəhidləri Əlif Hacıyev və Tofiq Hüseynov haqqında ətraflı məlumat veriblər. Məktəblilər həmçinin Xocalı soyqrımından bəhs edən şeirlər söyləyiblər. Açıq dərsin keçirilməsində məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, gənc nəslin dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunması olub. Sonda Xocalı faciəsinə həsr olunan videoçarx nümayiş olunub.