24.02.2024
24.02.2024-cü il tarixində Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi və MKS-in Gənclər kitabxana filialının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə texnika yeridib törətdikləri vəhşiliklərdən, insanlara qarşı olunan zorakılıqlardan danışıblar.
Sonra söz bədii qiraət dərnəyinin şagirdlərinə verildi. Şagirdlər Xocalıya, şəhidlərə həsr edilmiş şeirlər söyləmiş, şəhidlərin xatirəsini həmişə əziz tutacaqlarına and içmişlər.
Sonda tədbir iştirakçıları Xocalı faciəsi haqqında yazılmış kitablar, dövri mətbuat və fotoşəkillərdən ibarət “Xocalı Soyqırımı” adlı sərgiyə baxış keçiriblər