Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

23.02.2024

23.02.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə rayon mədəniyyət müəssisələrinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları iştirak ediblər. Öncə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşduğunu diqqətə çatdırıb.

Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğunu bildiriblər. Sonda Ali Baş Komandan Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərindən və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmasını əks etdirən videoçarx nümayiş etdirilib