Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar ”Xocalı: Faciədən Zəfərə” adlı tədbir keçirilib

26.02.2024

26.02.2024-cü il tarixdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar "Xocalı: Faciədən Zəfərə" adlı tədbir keçirilib.Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı,şəhid ailələrinin üzvləri,qazilər və mədəniyyət işçiləri iştirak edib.Tədbir iştirakçıları əvvəlcə məktəbli rəssamların Xocalı faciəsindən bəhs edən rəsm sərgisi,eləcə də mərkəzi kitabxananın nümayiş etdirdiyi kitab sərgisi ilə tanış olublar.Rəsmi hissədən əvvəl Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı,suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin, eləcə də Xocalı faciəsi qurbanlarının əziz bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Xocalı facəisindən, Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən söz açıblar. Artıq ərazi bütövlüyü tam təmin edilmiş bir xalq kimi hər birimizin qürurlu olduğu vurğulanıb.Tədbirdə Müzəffər Ali Baş Komandan möhtərəm Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş tarixi torpaqlarımızda,o cümlədən Xocalıda Azərbaycanın üçrəngli bayrağını ucaltmasını əks etdirən videogörüntülər, Xocalıda həyata keçirilən möhtəşəm tikinti quruculuq işlərindən bəhs edən videosüjet nümayiş olunub.Daha sonra Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin, Quba Könüllülər Teatrının bədii təqdimatları nümayiş olunub.Tədbir hərbçilərimizin Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə səhnəyə gətirməsi ilə sona çatıb.