Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərginin açılış tədbiri keçirilib.

01.03.2024

01.03.2024-cü il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyi və Xaçmaz Panda Schoolun birgə təşkilatçılığı ilə "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş," Ana təbiəti qoruyaq " adlı sərginin açılış tədbiri keçirilib.

Açılış tədbirində mövzu ilə bağlı çıxışlar səslənib.

Qeyd olunub ki, bugün dünyanı narahat edən atmosfer və ətraf mühitin çirklənməsinə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.

Tədbir, Xaçmaz şəhər M. Babayev adına 1 nömrəli orta məktəbin 3-cü sinif şagirdlərinin ifasında təqdimatla davam edib. Məktəblilər ana təbiətin qorunması, ekoloji tarazlığın pozulması, nüvə silahı sınaqlarının və müharibələrin törətdiyi fəlakətlər, dəniz və göllərin, çayların çirklənməsi ilə bağlı fikirlərini söyləyib, "Dünyamızı, ana təbiəti qoruyaq" devizi ilə şüarlar səsləndiriblər.

Tədbirin sonunda sərgiyə baxış keçirilib, gənc rəssamların əsərləri haqqında fikirləri dinlənilib.

Tədbirdə rayonun ictimaiyyət nümayəndələri, məktəblilər, mədəniyyət işçiləri iştirak ediblər.