Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Mədəniyyət Mərkəzində ”8 Mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş bayram konserti keçirilib.

04.03.2024

04.03.2024-cü il tarixində Qusar rayon Mədəniyyət Mərkəzində "Qayı Bulax" və "Şahnabat" xalq kollektivlərinin iştirakı ilə "8 Mart-Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş "Bayramınız mübarək, əziz qadınlar!" adlı bayram konserti keçirilib. Konsertdə müğənnilərin solo ifaları, "Ləzginka", "Ləzginka Assa" rəqs qruplarının çıxışları və yumoristik səhnəcik nümayiş etdirilib. Tamaşaçı qismində Qusar rayon mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.