Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Heydər Əliyev Mərkəzində “ Əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

08.12.2017

   8  dekabr  tarixində Xaçmaz Heydər Əliyev Mərkəzdə Xaçmaz  şəhər  2  və  3  saylı  məktəblərin  şagird  və  müəllim  kollektiblərinin  iştirakı  ilə  Heydər  Əliyevin  nurlu  xatirəsinə  həsr  olunmuş  “ Əbədiyaşar  lider”  mövzusunda  dəyirmi  masa  keçirilmişdir.Masada  ulu  öndərimizin  xalqı  qarşısında  göstərdiyi  fədakar  xidmətlərdən  söz  açılaraq  onun  bu  günkü  inkişaf  etmiş  Azərbaycanımızı  hansı  çətinliklərlə  qurub  yaratdığı  vurğulanmışdır.

   8  dekabr  tarixində  həmçinin  Mərkəzin  “bədii  qiraət -  Liderlər”  dərnəyinin  dərsi  ulu  öndərin  anım  gününə  həsr  olunmuşdur. “ Liderlərə”  dərnəy  rəhbəri  Gülşən  Əhmədova    Heydər  Əliyev  haqqında  geniş  və   ətraflı  məlumat  vermiş  və   daha  sonra  dərnəy  üzüvləri  şerlər   söyləyərək  tədbiri  davam  etdirmişlər.