Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində ”Adın müqəddəsdir sənin ey Qadın” adlı tədbir keçirilib.

05.03.2024

05.03.2024-cü il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində "8-Mart Beynəlxalq Qadınlar günü" nə həsr olunmuş "Adın müqəddəsdir sənin ey Qadın" adlı tədbir keçirilib.

Şəhid analarının, rayonun tanınmış, ziyalı xanımlarının iştirakı ilə keçirilən tədbir vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra mövzu ilə bağlı çıxışlar səslənib. Qeyd olunub ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib.

Tədbir bədii hissə ilə davam edib. Xaçmaz şəhər Mehman Babayev adına 1nömrəlin məktəbin 3b sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, rayonun tanınmış müğənni və aktyorları tərəfindən mahnı və şerlər səslənib, videoçarxlar nümayiş olunub.

Şəhid analarına çiçəklər təqdim olunub.