Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Heydər Əliyev Mərkəzində ”Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda intellektual yarış keçirilib.

05.03.2024

05.03.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar gənc mədəniyyət işçiləri arasında "Təmiz ekoloji mühit - sağlam həyat" mövzusunda intellektual yarış keçirilib.

Tədbirdə rayon mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. Yarışmada qalib gələn qruplar diplom ilə təltif olunub.