Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Yazıçılar Birliyinin üzvü Nüşabə Məmmədlinin oxucularla görüşü keçirilib.

05.03.2024

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən mərkəzi kitabxananın oxu zalında yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, “Yazıçı qadınlar” jurnalının təsisçisi və baş redaktoru Nüşabə Məmmədlinin oxucularla görüşü keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, Qubalı şair və yazıçılar, ADPU-nun Quba filialının müəllim və tələbələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru və fəal oxucular iştirak edib. Çıxış edənlər qeyd ediblər ki, Qarabağ həqiqətlərindən bu qədər əsər yaratmaq hər yazıçıya nəsib olmur, Nüşabə Məmmədli bunun öhdəsindən uğurla gələ bilmişdir.

Tədbirdə oxucuları maraqlandıran sualları cavablandıran yazıçı tədbirin yüksək səviyyədə təşkilinə görə bütün təşkilatçılara minnətdarlığını bildirib. Sonda yazıçı yenicə çapdan çıxmış əsərlərini Mərkəzi kitabxanaya və oxuclarına hədiyyə edib və xatirə şəkili çəkdirib.