Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bacarıqlı xanımları tanıyaq və tanıdaq” adlı əl işlərindən ibarət sərgi keçirilib.

06.03.2024

06 mart 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən

rayon Heydər Əliyev Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş

bacarıqlı evdar xanımların əl işlərindən ibarət “Bacarıqlı xanımları tanıyaq və tanıdaq”

adlı sərgi keçirilib.

Sərgidə rayon ziyalıları, gənclər, mədəniyyət işçiləri, yerli rəssamlar, məktəblilər,

rayon ictimaiyyəti iştirak edib. Sərginin keçirilməsində əsas məqsəd bacarıqlı evdar

xanımların istedadını üzə çıxarmaq olub. Tədbirdə rəqslər, mahnılar ifa olunub.

Sonda sərgidə əl işləri nümayiş olunan xanımlara təşəkkürnamə təqdim olunub.