Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba şəhər Uşaq İncəsənət məktəbində ”10 Mart - Milli Teatr Günü” qeyd edilib

06.03.2024

 

06.03.2024-cü il tarixində Quba şəhər Uşaq İncəsənət məktəbində "10 Mart - Milli Teatr Günü"nə həsr edilmiş tədbir keçirilib.

Azərbaycan teatrının 151-ci ildönümünə həsr edilən tədbirdə mədəniyyət işçiləri, Quba Könüllülər Teatrının üzvləri, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edənlər milli teatrımızın yaranma və inkişaf tarixindən, teatr sahəsində əldə edilən nailiyyətlərdən, bir vaxt fəaliyyət göstərən Quba Dövlət Dram Teatrından və teatr sənətinə göstərilən dövlət qayğısından söz açıblar.

Tədbir məktəbin şagirdlərinin hazırladıqları səhnəciklərin nümayişi və bir-birindən maraqlı musiqi nömrələri ilə davam etdirilib.