Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində ”Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib

12.03.2024

12 mart 2024-cü il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayon üzrə sektoru ilə birgə "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib

Tədbirdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim- narkoloqu, Xaçmaz rayon Polis Şöbəsinin inspektoru, Quba-Xaçmaz Regional Elm vəTəhsil İdarəsinin Xaçmaz rayon üzrə sekrorunun məsul əməkdaşı, idmançılar, rayon ümumitəhsil müəsisələrinin və Xaçmaz Peşə Liseyinin müəllim və şagirdləri iştirak edib

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib

Daha sonra tədbirdə çıxış edənlər məktəbli və yeniyetmələrə mövzu ilə bağlı ətraflı məlumat verib və bildiriblər ki, dünyada "ağ ölüm" kimi yayılmış bu bəla insanların həyatını məhv edir, gələcəyini əlindən alır. Respublikamızda da bu sahədə işlər görülür, narkotik vasitələrin satışı ilə mübarizə aparılır.

Tədbirdə idmanın taekvondo növü üzrə rayonlararası 1- ci, respublika turnirində 3- cü yer tutan xaçmazlı məktəbli Səbrin Bayramova öz həmyaşıdlarına sağlam olmaları üçün zərərli vərdişlərdən uzaq olmağı və onlara idmanla məşğul olmalarını tövsiyə edib

Sonda narkotik vasitə istifadə edən insanların həyatlarının ölümlə nəticələnməsini əks etdirən videoçarx nümayiş olunub.