13.03.2024
13 mart 2024-cü il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Quba Dövlət Sosial İqtisadi Kollecin birgə əməkdaşlığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba Rayon Prokurorluğunun, Quba Rayon Polis Şöbəsinin məsul işçiləri, Quba Rayon Mərkəzi Xəstəxananın həkimləri, Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının və Quba Dövlət Sosial İqtisadi Kollecinin müəllim və tələbələri iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərkəz əməkdaşının hazırladığı “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər narkotik vasitələrin insan sağlamlığına və həyatına vurduğu ziyandan, insan orqanizmində törətdiyi fəsadlar və ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən və maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıblar.