Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində ”Təmiz ekologiya-sağlam həyat olmalıdı” adlı tədbir keçirilib.

13.03.2024

13.03.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayon üzrə gənclər və idman sektoru və Siyəzən rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş,"Təmiz ekologiya-sağlam həyat olmalıdı" adlı tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının,Siyəzən rayon Yaşıllaşdırma idarəsinin, Siyəzən rayon üzrə gənclər və idman sektorunun əməkdaşları, Siyəzən rayon 5 saylı orta məktəbin müəllimləri, kitabxana işçiləri iştirak ediblər.

Tədbirdə mövzu ilə bağlı çıxışlar səslənib.

Qeyd olunub ki, bugün dünyanı narahat edən atmosfer və ətraf mühitin çirklənməsinə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.