Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilib

13.03.2024

2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, ictimai xadim,professor, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur. Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır.

Bu münasibətlə 13 mart 2024-cü il tarixində Qusar şəhər Uşaq İncəsənət məktəbində tədbir keçirilib. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan musiqi tarixində və inkişafında Süleyman Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir.Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir.

Daha sonra tədbir məktəbin müəllim və şagirdlərinin Süleyman Ələsgərovun əsərlərindən ibarət çıxışları ilə davam edib.