13.03.2024
13 mart 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mədəniyyət Mərkəzində I ci qrup əlil rəssam Seyidsahibə Əbilovanın əl işlərindən ibarət “Həyata gülümsə” adlı sərgisi təşkil edilib. Sərgidə uzun müddət rəsm müəllimi işləyən Seyidsahibə Əbilovanın müxtəlif janırlarda işlədiyi əsərlərin nümayiş olunub. Sərgidə nümayiş edilən əl işləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, bir sıra idarə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.