Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Heydər Əliyev Mərkəzində ”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

15.03.2024

15 mart 2024-cü il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran rayon Heydər Əliyev Mərkəzinin və 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılıgı ilə “Yaşıl həyat və sağlam gələcək naminə həmrəy olaq” adlı tədbir keçirilmişdir. Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırması şöbəsinin baş məsləhətçisi , Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatının nümayəndəsi ,4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivi, mədəniyyət müəssiələrinin əməkdaşları,Quba- Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayon Sektorunun və Quba- Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayon Sektorunun əməkdaşları, Çıraqqala Şabran Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları və digər qonaqlar iştirak edib.

İlk öncə gələn qonaqlara Ulu Öndərin zəngin həyat və fəaliyyəti haqqında mərkəzin bələdçisi tərəfindən məlumat verilib, sonra “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşkil olunmuş sərgi nümayiş olunub .daha sonra tədbir Mərkəzin zalında davam edib. Çıxış edənlər qeyd edib ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir. Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir. Sonda mövzu ilə baglı qısa videoçarx nümayiş olunub.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra Mərkəzin qarşısındakı parkın ərazisində yeni ağaclar əkilib.