Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 mart 2024 cu il tarixində Xudat şəhər Uşaq Musiqi məktəbində Novruz bayramına həsr olunmuş “Novruz milli adət ənənəmiz” adlı tədbir keçirilib.

18.03.2024

18 mart 2024 cu il tarixində Xudat şəhər Uşaq Musiqi məktəbində Novruz bayramına həsr olunmuş “Novruz milli adət ənənəmiz” adlı tədbir keçirilib.

Tədbirdə musiqi məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Çıxış edənlər qeyd ediblər ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firəvanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

İşğaldan azad olunmuş torpaqlara qayıdan xalqımız artıq bayramları öz doğma rayonlarında qeyd edirlər.

Tədbir sonda bir - birindən gözəl musiqi nömrələri ilə davam edib.