03.04.2024
3 aprel 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayon "N" saylı hərbi hissədə Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar "Aprel döyüşləri - böyük zəfərin başlanğıcı" mövzusunda tədbir keçirilib.
Tədbirdə aprel döyüşləri və 44 günlük Vətən müharibəsi şəhidlərinin valideyinləri, zabit və əsgərlər, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və məktəblilər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunub, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri olan şanlı Aprel döyüşlərinin tarixi, Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi, Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifinin dağıldığını, tarixi qələbənin Vətən Müharibəsinin təməli olduğunu vurğulanıb və həmçinin Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan Ordusunun güclənməsi naminə həyata keçirdiyi əvəzsiz işlərdən, bu siyasətin uğurla davam etdirilərək yenilməz bir orduya sahib olan Azərbaycanın inkişafından söz açıb
Aprel döyüşləri şəhidi Elvin Qayıbovun atası Sədrəddin Qayıbov, 44 günlük Vətən müharibəsi şəhudi Rəhim İmamovun anası Yasəmən İmamova və şəhid Fuad Qafarovun atası Fərhad Qafarov övladlarının qəhrəmanlıqlarından danışaraq bildiriblər ki, valideyin üçün övlad itkisi nə qədər ağır olsada Vətən yolunda canlarından keçərək şəhadətə yüksəlmələri bir o qədərdə qürur vericidir.
Tədbir məktəblilərin ifasında şeirlər və səhnəciklərlə davam edib, şəhidlərimizin foto və şəkillərindən ibarət sərgi nümaiş olunub.
Tədbirin sonunda məktəblilərə hərbi hissədə əskərlərin yataqxanasına ekiskursiya təşkil olunub.