Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar Dövlət Rəsm Qalereyasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sərgi müsabiqə keçirilib.

15.04.2024

 

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Quba-Xaçmaz Regional İdarəsinin iş planına uyğun olaraq Qusar şəhər Uşaq İncəsənət məktəbi və  Qusar Dövlət  Rəsm  Qalereyasının birgə təşkilatıçılığı ilə məktəbin rəssamlıq şöbəsinin şagirdləri  arasında  sərgi müsabiqə keçirilib.

Müsabiqədə  30 şagird iştirak edib. Rəssamlığın müxtəlif texnikalarında və janrlarında işlənmiş  rəsm əsərləri nümayiş olunub .Öz əl işləri ilə şagirdlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərini  diqqətə çatdırımağa çalışıblar.

Çıxış edənlər bu mövzunun bütün dünya üçün nə qədər dəyərli olduğu barədə bildirib.

Sonda müsabiqədə fərqlənən iştirakçılar I,II,III dərəcəli diplom və tərifnamələrlə təltif ediliblər.