Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mədəniyyətimizin hamisi Heydər Əliyev”

15.04.2024

 

15 aprel 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba Heydər Əliyev Mərkəzində 15 Aprel –Beynəlxalq Mədəniyyət Günü və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar “Mədəniyyətimizin hamisi Heydər Əliyev” və “Oftalmologiyanın tükənməz xəzinəsi” mövzularında tədbir keçirilib. Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və ölkəmizin azadlığı və bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman Vətən övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Beynəlxalq Mədəniyyət günü haqqında məlumat verərək Azərbaycan mədəniyyətinin çoxşaxəliyindən və özünəməxsusluğundan, respublikamızda mədəniyyətimizin inkişafı və qədim adət-ənələlərimizin qorunub saxlanılması naminə görülən işlərdən və eləcə də əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın Azərbaycanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən bəhs ediblər. Daha sonra tədbir iştirakçıları Mərkəzdə Beynəlxalq Mədəniyyət Günü və Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar hazırlanmış sərgiyə tamaşa ediblər və Mərkəzin bələdçisi gənclərə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq -alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətləri, eləcə də Beynəlxalq Mədəniyyət günü barədə ətraflı məlumat verib.

Sərgidə Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən kitab və fotoşəkillər, oftalmoloq alim Zərifə xanım Əliyevaya həsr olunmuş əsərlər, onun haqqında yazılmış kitablar, fotoşəkillər nümayiş olunub.