Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Rayon Mərkəzi Kitabxanasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir.

11.12.2017

      11 dekabr 2017-ci il tarixində  Xaçmaz Rayon Mərkəzi  Kitabxanasında  ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri açıq elan edən Xaçmaz MKS-nin direktoru tədbir iştirakçılarını salamlayaraq,mövzu ilə əlaqədar ətraflı məlumat vermişdir. Tədbirdə  çıxış edən Xaçmaz Rayon Mərkəzi  Kitabxanası Metodika Biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov qeyd etmişdir ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.Tədbirin sonunda ulu öndərin  anım gününə həsr edilmiş film nümayiş etdirilmişdir.Kitabxananın foyesində tədbirlə əlaqədar kitab sərgisi təşkil olunmuşdur.Sərgidə ulu öndərin ictimai və siyası fəaliyyətini əks etdirən  300-ə yaxın ədəbiyyat nümayiş olunmuşdur.