Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sehirli abidələr” adlı layihəyə start verilib.

17.04.2024

 

17 aprel 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon üzrə mədəniyyət müəssisələri, Siyəzən Gənclər evi ilə birgə təşkil etdiyi “Sehirli abidələr” adlı layihəyə start verilib.

Adidələrə səyahət Beşbarmaq abidəsindən başlayıb, gənclərə Beşbarmaq dağının tarixindən ətraflı məlumat verilib. Daha sonra istedadlı yeniyetmə və gənc rəssamlar Beşbarmaq dağının şəkillərini çəkiblər.

Cənab prezident İlham Əliyevin sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar gənclərlə iməclik keçirilib.

Layihənin keçirilməsində məqsəd tarixi abidələrimizi gənc nəslə tanıtmaq, gələcək nəsillərə aşılamaq, bu abidələrin şəkillərini istedadlı gənclər öz baxışıyla çəkmək, təbiəti tullantılardan qorumaq üçün təşkil olunub.