Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Mənim rəngli dünyam” adlı rəsm sərgisi təşkil edilib.

17.04.2024

 

17 aprel 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində istedadlı rəssam Eyvazov Poladın “Mənim rəngli

dünyam” adlı fərdi rəsm sərgisi keçirilib.

Sərgidə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon üzrə

nümayəndəsi, Siyəzən Gənclər evinin əməkdaşları, mədəniyyət işçiləri, yerli

rəssamlar, idarə və müəssisələrdən, gənclər, məktəblilər iştirak ediblər.

İlk olaraq sərgi Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan bəhs edən

ekskursiya ilə başlayıb.

Yeniyetmə rəssamın əl işləri ilə tanış olan qonaqlar Eyvazov Polada uğurlar arzulayıblar.

Sərgidə Siyəzən rayon Mədəniyyət Mərkəzinin “Ümüd” rəqs

kolleltivi musiqi nömrələri ilə çıxış ediblər. Sonda istedadlı rəssam Eyvazov Polada

Siyəzən rayon Heydər Əliyev Mərkəzinin fəxri fərmanı təqdim olunub.

Sərginin keçirilməsində məqsəd rayonda olan istedadlı gəncləri üzə çıxarmaq,

həvəsləndirmək və tanıtmaqdır.