Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günü.

18.04.2024

 

Qusar rayon Tarix-Diyarşünaslıq muzeyi və rayon mədəniyyət müəssisələri əməkdaşlarının və Əniğ kənd orta məktəbinin şagirdlərinin də iştirakı ilə "18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə Qusar rayonunda yerləşən dövlət əhəmiyyətli Əniğ qala divarlarının qalıqları və böyük tarixi əhəmiyyətə malik olan Əniğ kənd məscidi ziyarət olunub.

Ziyarət zamanı muzeyin elmi işçisi,muzeyin bələdçisi və kənd orta məktəbin tarix müəllimi tərəfindən abidələr haqqında ziyarətçilərə məlumat verilib.

Sonda mədəniyyət işçiləri Əniğ kənd şəhidləri Yunusov Amrid Zaur oğlu və İmaməliyev Sərraf Murtuzəli oğlunun şərəfinə ucaldılmış "Şəhidlər" bulağı ziyarət edilib.