Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix Diyarşünaslıq muzeyi tərəfindən ”Əbədiyyətə qovuşan ömür” adlı xatirə tədbiri keçirildi.

11.12.2017

     11 dekabr 2017-ci il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin və Xaçmaz şəhər 9 saylı məktəbin birgə hazırladığı, Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyyətə qovuşan ömür" adlı xatirə tədbiri keçirildi. Tədbiri giriş sözüylə muzeyin direktoru P.Mehdiyeva açaraq Ulu Öndərin keçdiyi həyat yolundan,Milli Təhlükəsizlik Komitəsində fəaliyyətindən,ilk və ikinc dəfəki hakimiyyətə gəlişindən,xalqımıza bəxş etdiyi müstəqil Azərbaycandan danışdı.Tədbir muzey əməkdaşlarının hazırladıqları Dahi rəhbərin həyat və fəaliyyəti,xarici və daxili siyasət sahəsindəki xidmətləri,Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə məhz onun sayəsində çatdırılmasından bəhs edən məruzənin oxunmasıyla davam etdi.Sonra məktəblilərin ifasında xalqımızın Görkəmli Oğluna həsr olunmuş şerlər və təqdimat səsləndi.Məktəbin direktoru Tünzalə müəllimə Heydər Əliyevin hər zaman qəlbimizdə yaşadığını söylədi,şagirdlərə həyat yollarında məhz bu Fenomen insandan örnək almalarını tövsiyyə etdi.Sonda Ulu Öndərin xatirəsinə həsr olunmuş fotosərgiyə baxış keçirildi.