Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 Aprel Beynəlxalq Abidələr gününə həsr olunmuş tədbir keçirilib.

18.04.2024

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində 18 Aprel Beynəlxalq Abidələr gününə həsr olunmuş "Qayıdış" adlı maarifləndirmə xarakterli tədbir keçirilib, sərgi təşkil olunub.

Mədəni irsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Xaçmaz rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, rayonun və respublikanın ərazisində mövcud olan qədim yaşayış məskənləri və abidələr haqqında çıxışlar səslənib, videoçarxlar nümayiş olunub.

Tədbirdə Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin əsasını qoyduğu və ölkə rəhbərliyinin, Heydər Əliyev fondunun böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində gördüyü işlər barədə də geniş məlumat verildi.

Maarifləndirmə xarakterli tədbirdə Xaçmaz şəhər M. Babayev adına 1nömrəli orta məktəbin şagirdləri iştirak ediblər.

Tədbirdən sonra muzeydə təşkil olunmuş, Xaçmaz rayonunda mövcud olan abidələr və qədim yaşayış məskənlərinin fotolarından ibarət sərgiyə baxış keçirilib.