Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“18 aprel - Beynəlxalq Abidələr və Tarixi yerlər günü” ilə əlaqədar dəyirmi masa keçirilib.

19.04.2024

 

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində “18 aprel - Beynəlxalq Abidələr və Tarixi yerlər günü” ilə əlaqədar sərgi və dəyirmi masa təşkil edilib. İlk olaraq tədbir iştirakçıları sərgiyə baxış keçirib. Sərgidə gənc rəssam Polad Eyvazovun əl işləri nümayiş olunub. Dəyirmi masada Siyəzən rayon İcra Hakimiyyətinin, Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşları, ümumtəhsil məktəbinin müəllimləri və mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə çıxış edənlər bu günün mahiyyətindən danışaraq, abidələr haqqında onların qorunması, mühafizəsi və gənc nəsilə tanıtdırılamsı ilə bağlı ətraflı məlumat verib.