Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”23 aprel-Beynəlxalq Kitab və Müəllif hüquqları günü” ilə əlaqədar tədbir keçirilib.

23.04.2024

 

23.04.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı  ilə 23 aprel Beynəlxalq Kitab və Müəllif hüquqları günü" ilə əlaqədar kitab sərgisi Mərkəzi Kitabxananın qarşısında ,açıq havada təşkil edilib.İlk olaraq tədbir iştirakçıları kitab sərgisinə baxış keçirib.

Tədbirdə Siyəzən rayon İcra Hakimyyətinin əməkdaşı,ümumtəhsil məktəbinin müəllim və şagirdləri,mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər  bu günün mahiyyətindən danışaraq, Aprelin 23-ü Beynəlxalq  Kitab və Müəlliflik hüququ günü olduğunu,bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edildiyini, 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunduğunu bildiriblər.Azərbaycanda Beynəlxalq Kitab və Müəllif hüquqları günü 1997-ci ildən qeyd edilir.

Sonda oxucular kitabxana fondunda olan ədəbiyyatlarla tanış olublar.

Sərginin keçirilməsində məqsəd kitablara maraq və istək, mütaliəni  sevdirmək, kitabı bilik mənbəyi kimi örnək göstərməkdir.