Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hər kitab yeni bir dünyadır” adlı ucadan oxu saatı keçirilib.

23.04.2024

 

23.04.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət

İdarəsi Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi 23 aprel

Ümumdünya Kitab və Müəllif Hüququ Günü münasibətilə kiçik yaşlı

oxucular üçün “Hər kitab yeni bir dünyadır” adlı ucadan oxu

saatı keçirilib.

“Nağıl güşəsi”ndə uşaqlar azərbaycan, rus və dünya ədəbiyyatından seçmə nağıllara qulaq asıblar. Hər bir nağılın sonunda uşaqlarla maraqlı müzakirələr aparılıb.

Tədbirin keçirilməsində məqsəd uşaqları kiçik yaşlarından kitabxanaya cəlb etmək, onların mütaliəyə marağını

artırmaq, uşaq ədəbiyyatını təbliğ etməkdən ibarətdir.