Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Artıran söz qədrini, sidq ilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” adlı şeir müsabiqəsi keçirilib.

23.04.2024

 

Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024 cü il tarixli sərəncamına əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik

yubileyinin keçirilməsi məqsədilə 23 aprel 2024-cü il tarixində Ə.Xəqani adına poeziya evində Şabran rayon Mədəniyyət Mərkəzi və Uşaq - Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz" adlı şeir müsabiqəsinin rayon mərhələsi keçirilib.

Sonda münsiflər heyətinin qərarı ilə region mərhələsində iştirak edəcək şagirdlər

müəyyən edilib.

Fərqlənən şagirdlər Mədəniyyət Mərkəzi tərəfindən "Fəxri Fərman" la təltif olunub.