Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sehirli Əllərin nuru” adlı dəyirmi masa təşkil edilib.

24.04.2024

24 aprel 2024-cü il tarixində Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mədəniyyət Mərkəzində akademik, görkəmli alim Zərifə Əliyevanın doğum günü ilə əlaqədar “Sehirli Əllərin nuru” adlı dəyirmi masa təşkil edilib.

Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin məsul işçisi, Siyəzən rayon Mərkəzi Diaqnostika Xəstəxanasının həkimləri, rayonun ziyalıları və mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın Azərbaycan aftomologiya sahəsində əldə etdiyi nailiyyətlərdən ,əsl Azərbaycan xanımına xas olan cəhətlərindən danışaraq qeyd ediblər ki, Zərifə xanım həmçinin vəfalı ömür gün yoldaşı, qayğıkeş anadır.Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.