Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərifə Əliyeva 101 illiyi ilə əlaqədar ”Ürəklərdə əbədiləşən Zərifə xanım” adlı dəyirmi masa keçirilib.

26.04.2024

 

26.04.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon MKS-nin Mərkəzi Kitabxananın Oxu zalında akademik, görkəmli alim Zərifə Əliyevanın doğum günü ilə əlaqədar "Ürəklərdə əbədiləşən Zərifə xanım" adlı dəyirmi masa keçirilib.

Tədbirdə Qusar rayon Mədəniyyət Mərkəzinin işçiləri, oxucular və kitabxana

əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərdən, əsl Azərbaycan

xanımına xas olan cəhətlərindən danışıblar.

Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sərgi və videoçarx nümayiş olunub.