Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.

26.04.2024

Aprelin 26-da B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar Elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.

Tədbirdə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzin və müəssisəyə daxil olan qəsəbə və kənd klublarının əməkdaşları, rayonun mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.

Çıxış edən məruzəçilər qeyd ediblər ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb, onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub.

Çıxışlardan sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.

Tədbir yerli incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Tədbir bölgədə fəaliyyət göstərən Qafqaz televiziyası tərəfindən lentə alınmışdır.