Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Heydər Əliyev Mərkəzində Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib

26.04.2024

Şabran rayon Heydər Əliyev Mərkəzində Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib

Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran rayon İcra Hakimiyyəti, Şabran rayon Mərkəzi Xəstəxanası, Şabran rayon Heydər Əliyev Mərkəzi və Şabran rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılıgı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi ilə əlaqədar “İnsanlara nur bəxş edən ləyaqət simvolu” adlı tədbir keçirilib.

Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin, Sabran rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, mədəniyyət işçiləri, müəllim və şagirdlər iştirak edib..

İlk öncə gələn Mərkəzə gələn qonaqlara Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ekskursiya verilib,sonra tədbir rəsmi hissə və çıxışlarla davam etdirilib.

Çıxış edənlər qeyd edib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır.

Zərifə xanımın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Qeyd olunub ki, yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Hər dəfə Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminə baxanda qəlbimizdə kövrək hisslər baş qaldırır. Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir. Görünür, ayrılıqlar kimi, vüsallar da tale yazısıdır.

Sonda Zərifə xanımın həyat və fəaliyyəti ilə baglı qısa videoçarx nümayiş olunub.