Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Heydər Əliyev Mərkəzində yazarlar ilə görüş keçirilib.

26.04.2024

 

26 aprel 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində rayonun bir sıra şair, yazıçı, qiraətçiləri ilə maarifləndirici görüş keçirilib.

Görüşdə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, Siyəzən

rayon Bələdiyyəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon

üzrə nümayəndəsi, Siyəzən və Şabran rayonundan yazıçı, şair, qiraətçiləri, ziyalıları, idarə müəssisələrindən, rayon ümumtəhsil məktəblərindən müəllim, şagirdlər, gənclər, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd

regionda olan natiqləri gənc nəslə tanıtmaq, yeni istedadlar üzə çıxartmaq olub.